Evden pul qazanmaq
Evden pul qazanmaq son zamanlar tez-tez eşidilən movzulardan biridir. Evde oturaraq pul qazanmaq deyəndə insan düşünə bilərki bu necə mümkündü?İndiki müasir dövrdə, texnologiya və informasiya vasitələrinin bu cür təkamül və inkişaf etdiyi bir zamanda evden islemek və bunun sayəsində gəlir əldə etməyin bir neçə yolları vardır. Buna misal olaraq freelance islər ,kriptovalyuta alışını və satışını , ev şəraitində əl işlərinin düzəldilməsi və s gətirmək mümkündür. Bu gün sizə evden islemek (Freelance) haqqında danışacağıq.
Mündəricat
Freelance is nedir və üstünlükləri nələrdir?
Freelance is və yaxud evden pul qazanmaq nədir?
Freelance hər hansı ofis mühiti olmadan distan şəkildə işləməyə verilən addır. Freelance mənşəcə ingilis sözüdür və “sərbəst, öz-özünə işləyən” mənasını daşıyır. Xüsusən də son zamanlar daha da daha aktual olduğunu qeyd edə bilərik. İşçilər iş saatlarını və cədvəllərini tamamilə öz təşəbbüsü ilə qururlar, həmçinin özlərini sərbəst hiss edirlər, evdə məhsuldar olduqları saatları özləri müəyyən edirlər. Ofisə gəlmədən, tək işlədiklərindən və ofis mühitində onların diqqətini yayındıran hər şeydən uzaq olduqları üçün müəyyən mənada daha səmərəli işləyirlər.
Evden islemeyin üstünlükləri
Freelance tam rahat şəkildə, məcburi iş saatları olmadan, iş yerinə gəlmədən uzaqdan işləmək anlamına gəlir. Freelance is ən rahat iş mühiti və evdə oturataq pul qazanmaq kimi qəbul edilir. Ən böyük üstünlüklərindən biri isə müdirlərin ,rəislərin və menecerlərin diktəsindən uzaq durmaqdır. Bundan əlavə iş yoldaşlarınızda mükəmməl olmaya bilər. Ofis mühiti ilə müqayisədə daha rahat iş imkanı yaradır. İş saatlarını özünüz müəyyənləşdirirsiniz, işin başlama və bitmə vaxtları sizin əmrinizdədir. İstədiyiniz layihələri götürüb, istəmədiyiniz layihələrdən imtina edə bilərsiniz. Ofis mühitində, siz əgər adi sıravi bir işçisinizsə, iş seçə bilmək şansınız demək olarki oxdur, lakin freelance isin ən yaxşı cəhətlərindən biri “etmək istədiyiniz” işi seç bilmək azadlığıdır.
Evde is imkani yaradan peşələr hansılardır?
Evden islemek ilə siz müstəqil şəkildə bir çox iş görə bilərsiniz və rahatlıqla evde oturaraq pul qazanmaq şansına nail ola bilərsiniz. Bu işlərdən bir neçəsi aşağıdakılardır:
Proqram təminat
Freelance is olaraq proqram təminatı aparıcı yerlərdə gedir. Bu peşə asan deyil və güclü bilik tələb edir. Bununla belə, yetərincə avadanlıqınız varsa və təcrübənizə əminsizsə, evdən müstəqil olaraq proqram tərtibatçısı kimi fəaliyyət göstərə bilərsiniz.
Qrafik dizayn
Son illərin demək olarkiən populyar peşələrindən biri də qrafik dizaynerdir. Photoshop, Illustrator, Freehand, Corel Draw kimi qrafik proqramlarını bilməyi tələb edən qrafik dizayn təkcə ofis şəraitində deyil, ofisdən kənarda evde oturaraq pul qazanmaq imkanı yaradır. Sabit bir ofisdə qrafik dizayner kimi işləyə bilərsiniz və ya fantaziyanızı sərbəst buraxıb freelancer olaraq işinizə davam edə bilərsiniz.
Dropshipping ilə evden pul qazanmaq
İndiki inkişaf edən zəmanədə onlayn satış, başqa sözlə desək e-ticarət anlayışı çox sürətlə populyarlaşıb. Mağaza qurma və başqa ənənəvi satış üsulları tədricən öz yerini elektron ticarətə buraxıb. Daha az xərc tələb edən dropshipping anlayışı yarandı. Dropshipping satış zamanı sifarişləri saxlamaq və qablaşdırmaq üçün onlayn mağaza qurmaq və məhsulları müştərilərə çatdırmaq üçün təchizatçılarla danışıqlar aparmaqdır.
Evden islemek ilə necə Freelancer olmaq olar?
Bir işdə həddindən artıq yaxşısınız? Xidmətlərinizi freelancer kimi təklif etməyi ağlınızdan keçirin. Freelancer olmaq evdən pul qazanmaq son illərdə çox populyardır və freelancer olaraq kiminlə işləyəcəyinizi özünüz seçmək azadlığınız var. Bu sahənin müstəqilliyi və çevikliyi onu başqalarından fərqləndirir və evdən islemek üçün məşhur seçimdir. Freelance is əldə etmək üçün aşağıdakılar nəzər yetirin:
1. Əvvəla ən yaxşı bacarıqlarınızı və istedadlarınızı müəyyənləşdirin.
Nədə mükəmməl olduğunuzu və sizi başqalarından fərləndirən bütün cəhətlərinizi araşdırın. Bacarıqlarınıza və istedadınıza inanmaq və güclü tərəflərinizi bilmək potensial işəgötürənləri inandırmağa kömək edə bilər.
2. Öz şəxsi portfel veb saytınızı yaradın.
Saytınızda təklif etdiyiniz xidmətləri, nailiyyətlərinizi, əlaqə məlumatlarınızı, bacarıqlarınızı, istinadlarınızı və portfelinizi əlavə etdiyinizdən əmin olun.
4. Sosial Media
Sosial Media platformalardan qeydiyyatdan keçib CV-nizi yükləyin, öz bio-nuzu redaktə edin və veb saytına keçid əlavə etməyi unutmayın.
5. Təklif və müqavilə şablonları yaradın.
Bu addım sizin öz isteyinizə bağlıdır, lakin çox tövsiyə olunandır. Layihə təkliflərinin rəsmiləşdirilməsi sizin hüquqlarınızı qoruya, öhdəliklərinizi və işinizin nəticələrini aydın şəkildə ifadə etməyə kömək edə bilər.
6. Müştəriləri axtarın.
Sosial mediada özünüzü təqdim edin , platformalarda və ya artıq tanıdığınız insanlar arasında tapdığınız potensial müştərilərlə ilk əlaqəni qurun.