Bildiyimiz kimi evdən pul qazanmağın ən məşhur növlərindən biri də kriptovalyuta mübadiləsidir. Belə ki, kriptovalyutanın alışından və ya satışından əldə edilən pullar kifayət qədər yüksədir. Blockchain texnologiyası nəticəsində ortaya çıxan bu elektron pullar (onların saxlanılması üçün elektron pulqabıdan da istifadə olunur) əvvəlcə, böyük pul mübadilələrini əvəzləmək üçün icad edilsə də, daha sonradan insanlar tərəfindən birjası yaradılaraq dəyərli bir investisiyaya çevrildi. Bir çox insan “Binance” adlanan proqram vasitəsilə koinlərin alqı-satqısı ilə məşğuldur. Bu məşhurluq qısa müddət ərzində bir-birindən fərqli coin-lərin, tokenlərin yaranmasına gətirib çıxardı. Dünyanın bir çox yerində blokçeyn texnologiyası haqqında, bununla yanaşı, digər koin və kripto pullar barəsində məlumat verilməyə başlanıldı. Əlavə olaraq bu bazarın araşdırılmasını, risklərini və digər hesablamalarını öyrənmək üçün yeni kurslar açıldı və sahənin peşəkarları tərəfindən dərslər keçilməyə başlandı. İndi isə bu məqalədə evdən kripto valyuta ilə pul qazanmaq üçün coin-lər barəsində və kurslar barəsində məlumat verəcəyik
Mündəricat
Ən məşhur coin-lər hansılardır və necə əldə etmək olar?
Bitcoin -2008-ci ildə Nakamoto Satashi adlı yaponiyalı vətəndaş və ya qrup tərəfindən saxlanılması və 2009-cu ildə proqram kimi insanların istifadəsinə verilmiş kriptovalyutadır. Kriptoqrafik protokollardan, əvvəl də, hansı bir orqandan asılı olaraq hər hansı bir təsir göstərir. Bitcoin bir smartfonlar və ya şirkətlərin kompüterləri daxilində insanlar və yalnışlar arasında- istifadə edilə bilər. Bu əməliyyatların təhlükəsizliyi “bitcoin madecileri” adlanan serverlə təmin edilir. İstifadəçi bir və ya bir neçə hesabla bitkoinlərin alışını və satışını həyata keçirə bilər. Əməliyyatları istifadə etmək üçün “rəqəmsal” pul kisəsi” adlanandan istifadə edilir ki, bu proqram tədbiq edilmiş telefon və ya kompüterinizə köçürməklə istifadə edə bilərsiniz.
Bitcoin necə qazanılır?
İlkin mərhələdə tamamilə pulsuz bir şəkildə bitcoin hesabı açmalısınız. Virtual pulqabınızı (bu bir və ya bir neçə dənə ola bilər) yaratdıqdan sonra kompüterinizdə riyazi əməliyyatlar etməklə bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləməlisiniz. Bunun üçün mövzu haqqında biliyə sahib olmalı, eyni zamanda güclü bir kompüter istifadə etməlisiniz, əks halda isə istədiyiniz nəticəni əldə etməyə bilərsiniz, çünki bu köçürmələrin uğurlu olmasında kompüterinizin gücü önəmli rol oynayır. Əməliyyatları yerinə yetirmək üçün isə xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarəyə götürə bilərsiniz. Bu barədə kifayət qədər məlumata sahib deyilsinizsə, mövcud “mayning hovuzları“ (bitcoin hovuzları kimi də adlanır) adlanan proqramlara qoşularaq gəlir əldə edə bilərsiniz. Bu hovuzlar bilavasitə dəyərli kağızların birjası kimi koinlər üçün fəaliyyət göstərən proqramlardır. Sistem kifayət qədər geniş yayılmışdır və siz bir blok vasitəsilə bir neçə istifadəçi ilə bura giriş edə bilərsiniz, amma nəzərə almalısız ki, bu halda sizin blokdan olan gəlirləniz istifadəçilər arasında xüsusi formula əsasında paylanacaqdır. Əsasən kompüterinizin gücünü artırmaq üçün bu üsuldan istifadə edə bilərsiniz. Ən dəyərli sayılan kriptovalyutanı əldə etmək üçün, mövcud pulunuzu hər hansı bir valyuta məzənnəsindən dəyişərək və ya bu koini satan sistemlərdən birbaşa olaraq ala bilərsiniz.
Bitcoin-in hazırki qiyməti bu məqalə yazılan zaman 34,262.82 azn-dir.
Digər kriptovalyutalar hansılardır?
Ethereum- Cənubi Amerikada keçirilən Bitcoin Konfransında qurucusu olan Vitalik Buterin tərəfindən ictimaiyyətə tanıdıldı. Qısa zaman ərzində xeyli rəğbət qazanan bu kriptovalyuta ilk başda altcoin kimi görünsə də, digər altcoinlərə nisbətən daha çox yeniliyi olan bir sistemə sahibdir. Bir cümlə ilə tərif vermək istəsək, Etherium layihəsi əsas mənşəyi ETH (kirptovaltuya) olan bir Kripto Əməliyyat Sistemidir.
Ethereum-un hazırki qiyməti bu məqalə yazılan gün 2,548,88 manat dəyərindədir.
Bu koinlərlə yanaşı, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazandı. Belə bir sistemin yaradılmasındakı əsas məqsəd “mərkəzi olmayan” əməliyyat protokollarının inkişaf etdirilməsidir. Göstərilən koini və oxşarlarını eyni ana əməliyyat sistemi ilə və ya bir blokçeyn müqaviləsi əsasında altcoin protokolunu həyata keçirə bilərsiniz. Bu altkoin haqqında geniş məlumat əldə etmək üçün aşağıda göstərilən mənbələrə müraciət edə bilərsiniz. Yazıda əks olunmuş məlumatların daha geniş formasından yararlanmaq üçün qeyd edilən saytlardan da istifadə edə bilərsiniz:
- Ethereum White Paper-i oxuyaraq bu koinin yaranmasından məntiqinə və gələcəkdə keçəcəyi inkişaf mərhələsinə nəzər salaraq hər növ texniki və qurumsal informasiyaları tez və rahat bir şəkildə əldə edəcəksiniz. Unutmayın ki, bu investisiyalar uzun-müddətli olduğundan daima izlənilməlidir.
- Etherumun əsas web saytı vasitəsilə də ilkin qaydalar haqqında dəyərli məlumatlar əldə edə bilərsiniz.
- Bitcointalk adlanan sayt vasitəsilə ethereum-un bazara daxil olması barədə öyrənə bilərsiniz və ya bu barədə daha sıx və təsirli məlumat paylaşan forum saytlarını da izləyə bilərsiniz.
- Ən son xəbərləri isə Ethereum Blog saytı vasitəsilə izləyə və bütün rəsmi açıqlamaları öyrənə bilərsiniz.
- Sosial media vasitəsilə də, facebook və twitter rəsmi hesablarını bəyənib izləməyiniz yetərlidir.
Blockchain texnologiyasını öyrənmək üçün hansı kurslar var?
Coursera– Bir çox peşəkar sertifikatları əldə etməyə şans yaradan coursera platforması blockchain texnologiyasını da dərindən öyrənmək və bu sahədə istər analitik, istərsə də, praktiki cəhətdən bilik qazanmağımıza kömək edir. Tərkibində 3000-dən çox sahə haqqında kurslar və sertifikatlar olan bu platformadan istifadə edərək siz də marağında olduğunuz bi sistemlər haqqında kifayət qədər yeni informasiyalar öyrənə, həmçinin bu sahədə rəsmi sertifikatlarla da təmin oluna bilərsiniz ki, bu da öz növbəsində sizə yeni iş imkanları yarada bilər. Əlbəttə ki, yeni yaranan bir sahə olduğu üçün ölkəmizdə bu sahəni bilən peşəkarlar azdır və buna görə də yerli bazarda bu cür şanslar əldə etmək mümkünsüzdür. Siz də bu sahə vasitəsilə əldə etdiyiniz məlumatları peşəkar şəkildə fərqli platformalarda insanlara və vətəndaşlarımıza öyrədə bilərsiniz.
Udemy– Blokçeyn texnologiyasını yaxından mənimsəmək üçün lazımlı olan kurslardan biri də udemy-dır ki, coursera kimi tərkibində müxtəlif proqramlar və müxtəlif sahələr haqqında kifayət qədər yeni məlumat əldə edərək özünüzü inkişaf etdirə bilərsiniz. Bu da öz növbəsində bu barədə olan biliklərinizin və rəsmi sertfikiatlarınızın artmasına gətirib çıxaracaqdır. Gələccəyin pulu adı ilə tanıdılan bu valyutaların kifayət qədər çox insan tərədfindən öyrənilməsi ölkəmizdə bu sahənin inkişafına təkan verəcək, eyni zamanda qlobal iqtisadi bazardan uzaq qalmamağımıza zəmanət verəcəkdir. Qafqazda, eləcə də qonşu Türkiyədə bu bazarın öyrənilməsi və yeni koinlərin yaradılması üçün yetərli sayda vəsait ayrılsa da, ölkəmizdə insanların bu sahədə olan biliklərinin azlğı onların xarici bazarda rəqabət aparmasının qarşısını alır. Bu səbəbdəndə də udemy vasitəsilə bu mövzu üzrə bir neçə kurs bitirməyiniz sizin bu peşə üzrə peşəkar kadr olmağınıza yol açacaqdır.
Binance Academy– Blockchain, kriptovalyuta, iqtisadiyyat və s. üzrə yüzlərlə saat dərs məzmununu özündə əks etdirən aparıcı blokçeyn və kriptovalyuta təhsil platformasıdır. Yeni blockchain erasında bir başlanğıc əldə etmək üçün bu saytdan və tədbiqindən istifadə edə bilərsiniz.Tədbiq vasitəsilə həm valyutalarının alışını, satışını həm də digər əməliyyatlarını həyata keçirə və ya bu sahə haqqında yeni informasiyalar əldə edə bilərsiniz ki, tədbiq və saytda ən geniş verilən suallara cavab vermək üçün belə bir hissə ayrılıb. Burada siz blokchain texnologyasından tutmuş bütün altcoin-lər və bu sahə ilə bağlı digər terminlər barəsində məlumat ala bilərsiniz.
Məqaləmizi bəyəndinizsə, pul qazanmağın yollarını öyrənmək üçün digər məqalələrimizə də keçid edə bilərsiniz.