Elon Musk-dan İlham Verən Sözlər
Bu yazıda biz dünyanın ən maraqlı və uğurlu sahibkarlarından biri olan Elon Musk-dan ilham verən sözləri paylaşacayıq.
Elon Muskın onlayn ödəmə üsullarından elektrik nəqliyyat vasitələrinə, enerji istehsalı təşəbbüslərindən kosmosa qədər bir çox sahədə cəsarətli təşəbbüsləri onu xüsusilə sahibkarlıq dünyası üçün bir simvol etdi.
Paypal satışından 180 milyon dollar qazanan Elon Musk bu pulun 100 milyonunu SpaceX-ə, 70 milyonunu Tesla-ya və 10 milyon dollarını Solarcity-ə yatırıb və kirayə haqqını ödəmək üçün dostlarından borc istəyən bir sahibkardır.
İndi gəlin onun sahibkarlıq, innovasiya və həyat haqqında söylədiyi ruhlandırıcı sözlərə nəzər salaq.
Çılğın Sahibkar Elon Musk-ın ilham verici sözləri
1.Uğursuzluq bir seçim deyil. Əgər uğursuz olursunuzsa, bu, yeniliklərə kifayət qədər əhəmiyyət vermədiniz deməkdir.
- Əgər sizin üçün vacib bir iş varsa, bütün çətinliklərə baxmayaraq, bu işə girməlisiniz.
- Fizika düşüncə üçün gözəl çərçivə təmin edir. Hər şeyi ən əsas xüsusiyyətlərinə endirmək və oradan hərəkət etmək yaxşı bir yanaşmadır.
- Brend qavrayış məsələsidir. İdrak və reallıq zamanla üst-üstə düşür. Bəzən biri liderlik edir, bəzən digəri. Amma ən əsas mənada brendi məhsul haqqında təəssüratların cəmi adlandıra bilərik.
- Bir şeyin mümkün olduğuna inandığınız zaman imkanlar görünməyə başlayır.
6.Bir şeyin ən yaxşısını etmək üçün son dərəcə diqqətli olun. Səhv və işləməyən şeyləri aşkar edin və düzəldin. Dostlarınızın mənfi rəylərinə xüsusi diqqət yetirin.
- Bütün yumurtaları bir səbətdə daşımayın. Məncə, səbətin başına gələ biləcək vəziyyətlərə nəzarət etsəniz, bütün yumurtaları bir səbətə qoymağın heç bir zərəri yoxdur.
- Əzmkarlıq çox vacibdir. Zorla buraxmaq istənilmədikcə, ondan əl çəkməməlisiniz.
9.Ən böyük səhvlərimdən biri insanları şəxsiyyətlərinə görə deyil, qabiliyyətlərinə görə mühakimə etməkdir. Bununla belə, insanın ürəyinin yaxşı olması həyati əhəmiyyət kəsb edir.
- Gələcəkdə həyatın bugünkündən daha yaxşı olacağına ümid etməlisiniz.
11.Məni əvvəlcə kitablar, sonra ailəm böyüdüb.
12.İnsanlar bir məqsəd uğrunda daha yaxşı işləyirlər. Buna görə də insanların səhər işə gəlməsini və birlikdə işləməkdən məmnun olmasını təmin etmək vacibdir.
13.Səbir bir fəzilətdir və mən səbirli olmağı yenicə öyrənirəm. Bu, həqiqətən çətin bir şeydir.
- Əminəm ki, biz insan ağlının daha yaxşı suallar vermək qabiliyyətini artırmağa çalışmalıyıq. Bizə düşən yeganə öhtəlik kollektiv şəkildə maariflənməyə çalışmaqdır.
Yeni bir işə başlamaq və onu böyütmək, yenilik, motivasiya və qətiyyətlə əlaqəli olduğu qədər, o məhsulu satmaqla da bağlıdır. - Universitetdə olarkən dünyanı dəyişə biləcək layihələr üzərində işləmək istəyirdim və indi bu işlə məşğulam.
- Şirkət qurmaq tort bişirmək kimidir. Bütün maddələri düzgün nisbətdə əlavə etməlisiniz.
- Qorxum olmadığını deyə bilmərəm, amma qorxunun diqqəti yayındıran və incidən bir şey olduğunu yaxşı bilirəm.
- Təsis etdiyim bütün şirkətlərdə əsas məqsədim dünyaya qalıcı təsir göstərməkdir.
- Uzun müddət kin saxlamaq üçün həyat çox qısadır.
20.Sadəcə başqalarından fərqli olduğu üçün bir şey etməyin. Məqsədiniz başqalarından daha yaxşı bir şey inkişaf etdirmək olsun.
- Məncə yer üzündə həyat problemlərin həllindən daha çox şey deməkdir. Dünyada yaşamaq çox ruhlandırıcı bir şeydir.
- Bayram yönümlü bir həyat yaşasaydım, inanılmaz dərəcədə sıxılardım. Mən məşğulluğu və intensivliyi sevirəm.
- PayPal-dan ayrılarkən düşündüm: Bəşəriyyətin gələcəyinə təsir edəcək daha vacib məsələlər hansılardır? Ona görə də bu prosesdə daha çox pul qazanmağı düşünmədim.
- “Bu necə oldu? Belə bir şey necə mümkündür?” kimi suallar verən işlərlə maraqlanıram.
- Niyə yaşayırsan? Həyatın məqsədi nədir? Sizi ruhlandıran şeylər hansılardır? Gələcəyi niyə sevirsiniz? Gələcəkdə fərqli planetlərə getməsək, ulduzları kəşf etməyəcək bir gələcək çox pis olacaq.
- Səhər oyanıb gələcəyin daha yaxşı olacağını düşünmürsənsə, o səhər işıqlı səhər deyil.
- Mən ümumiyyətlə optimistəm, eyni zamanda çox realistəm. Tesla və ya SpaceX layihəsinə uğurlu olmaq üçün deyil, bu layihələr lazım olduğu üçün başladım.
29.Bəzi insanlar dəyişikliyi sevmir, amma digər alternativ fəlakətdirsə, dəyişikliyi qəbul etməlisiniz.
- Risk götürməyə qarşı böyük bir qərəz var. Hər kəs ən az riski necə götürə bilərəm deyə düşünür və hərəkət edir.
- Bir neçə əsr geriyə getsəniz, görərsiniz ki, bu gün sadə gördüyümüz şey o vaxtlar möcüzəvi bir şey idi. Uzaq bir insanla danışmaq, şəkilləri ötürmək, uçmaq, nəhəng verilənlər bazalarından məlumat çıxarmaq və s.. Bir neçə əsr əvvəl heç kim bunların hamısına ehtimal verməzdi.
- Mənə elə gəlir ki, adi bir insanın qeyri-adi olmağı seçməsi mümkündür.
- Verə biləcəyim ən yaxşı məsləhət budur: Etdiyiniz işi daha yaxşı etmək üçün daima fikirləşin və özünüzə sual verin. Bu gün başladığınız layihəni sabah daha yaxşı hala gətirməyə çalışın.
- Bır çeyın ya tamaşaçısı olarsınız ya da o şeyin bir parçası olarsınız.
- Dəli kimi işləyin. Həftədə ən az 80-100 saat çalışın. Digərləri həftədə 40 saat işləyərkən siz 100 saat işləsəniz, onların 1 ildə çatdıqları məqsədə cəmi 4 ayda çata bilərsiniz. Beləliklə, uğur qazanma şansınızı artırıracaqsınız.