İş FikirləriBiznes İdeyalarEvdən İşİnvestisiyasız Biznes İdeyaları
Trend

Qadınlar üçün iş fikirləri

Qadınlar üçün iş fikirləri dedikdə insanın ağlına bir çox müxtəlif istiqamətdə fikirlər gələ bilər. Biz isə bu yazımızda  qadınlar üçün freelance iş fikirləri verməklə qadınlar üçün evdən çıxmadan pul qazanmağın yollarını göstərən iş fikirlərini bir araya gətirdik. Yazıda olan qadınlar üçün 5 yeni iş fikri ilə bir çox iş axtarışında olan qadının bundan sonrakı həyatı üçün yeni işini tapacağına əminik.

İş dünyasına addım atmaq istəyən qadınlar üçün seçə biləcəkləri bir çox iş fikri var. Hər bir iş həyatına atılmaq istəyən, finansal olaraq özünü təmin etmək və ya ailəsinə dəstəl olmaq istəyən qadın bu istəyini asanlıqla reallaşdıra bilər. Onlar öz şəxsi keyfiyyətlərinə, bacarıqlarına, öyrənmə həvəslərinə uyğun olaraq seçim etdikdə iş dünyasına  iddialı bir edə bilərlər. Aşağıda qadınlar üçün evdən rahatlıqla pul qazana biləcəkləri bir çox  iş fikrini qeyd etmişik. Buyurun oxuyun və öz istəklərinizi reallaşdırmağa doğru uğurlu ilk addımı bu postla atmış olun.

Qadınlar üçün iş fikirləri: 1. Blog yazmaq

Bunu evinizdə oturaraq edəbiləcəyinizə görə qadınlar üçün ən uyğun iş fikirlərindən biri hesab edilə bilər. Bu işin ən yaxşı tərəflərindən biri işləmə saatlarının əsnək olmasıdır. Belə ki, siz istəsəniz səhər saatlarında yanınızda kofenizlə, istəsəniz də axşam saatlarında tam səssizlik olandan sonra bloqunuzu yaza bilərsiniz. Seçim tamamilə sizə məxsusdur.

Bir blog yazmağa başlamaq üçün sadecə olaraq bir veb səhifə açmağınız və sizə maraqlı olan hər hansısa bir şey haqqında məqalələr yazmağa başlamağınız lazımdır. Bu məqalənin mövzusu da öz növbəsində, sizin seçiminizə görə dəyişə bilər. Nə ilə maraqlanırsınızsa: yemək birişmək, rəsm, idman, siyasət, fəlsəfə və s. həmən mövzudan yazın.

Blog yazmağın əsas çətinliyi sadecə başlanğıcdadır desək yerinə düşər. İlk öncəki zamanda veb səhifənizi ziyarət edəcək şəxs sayını artırmaq üçün daha çox çalışmağınız lazım olacaq. Sonra isə hər şey tamamlandıqdan sonra sponsorlar və reklamlar vasitəsi ilə gəlirinizi yaxşı rəqəmlərə qaldıra bilərsiniz. Bir tövsiyyə xarici dil biliyinizi inkişaf etdirərk blogu ingiliscə açın. Daha geniş auditoriya ilə daha geniş kütlələrə çata və daha yüksək məbləğdə pul qazana bilərsiniz.

2. Tədbir planlaması

Tədbir planlaması dedikdə müxtəlif tədbirlər nəzərdə tutula bilər: ad günləri, kokteyllər, yeni il şənlikləri, bayram şənlikləri, toy və nişan günləri, hətta iş ziyafətləri. Qadınlar bir şeyləri orqanizə etməkdə və planlamaqda mükəmməl varlıqlardır. Detaycılıqları sayəsində heç bir şeyi gözdən qaçırmadan mükəmməl işlər ortaya çıxara bilərlər.

Azərbaycanda bu sahə yeni olsa da gələcək vəd etdiyini heç kim inkar edə bilməz. Artıq insanlar bu tip tədbilərin təşkilinə öz zamanlarını ayırmaq istəmirlər və ya bunu daha professional insanlara həvalə etmək istəyirlər. Siz bu işə başlayıb, tanındıqdan bir müddət sonra hətta özünüzə bir komanda quraraq bir çox tədbiri eyni zamanda planlaya bilərsiniz. Bu sayədə gəlirləriniz də qatlanaraq artmış olacaq.

3. Online müəllimlik

qadınlar üçün 5 yeni iş fikri – online müəllimlik

Bəli müəllimlik, ancaq bu səfər online formada. Bir neçə il əvvəl bu təklifi hardasa oxusaq gülüb keçərdik. Ancaq indi dövran elə formada dönüb ki, gülüb keçəcəyimiz bu iş forması artıq bizim üçün real iş fürsəti, qazanc yoludur. Nəyi bilirsiniz? Hansı sahədə özünüzə güvənirsiniz? O sahəni seçin və başlayın. Bir müddət çalışdıqdan və özünüzü peşəkar kimi sübut etdikdən sonra qazancınız da istədiyiniz səviyyəyə çatacaq.

Bir çox qadın müəllimliyi bitirib, elə öz sahənizi öyrədə bilərsiniz. Kimisi incəsənəti incəliklərinə qədər bilir, öyrədin! Kimi fəlsəfəni həyatına çevirib və bunu öyrədə bilər. Unutmayaq ki, hər xidmətin və malın öz alıcısı var. Sizin də çətinliyiniz öz xidmətinizin alıcısını tapana qədər olacaq.

4. Tərcüməçi

Tərcüməçilik dedikdə nəzərdə tutulan sadecə ingilis dili biliyi deyil. Əgər siz tərcüməçi olaraq işləmək və müəyyən səviyyədə gəlirinizi artırmaq istəyirsinizsə tək bir dillə, eyni zamanda yalnız Azərbaycan bazarı ilə yetinməməlisiniz.

Bütün günü evdə olan və işləməyən qadınlar özlərinin dil biliklərini inkişaf etdirməklə tərcüməçilik edə bilərlər. Çalışın, fərqli dillər öyrənin, beynəlmiləl dillərlə birlikdə müəyyən xüsusi etniklərin danışdığı dilləri bilmək sizin bu işdəki dəyərinizi bir neçə qat artıracaqdır. Dil öyrənməyi sevənlər üçün remout tərcüməçilik qaçırılmayacaq gəlir qaynağı ola bilər.

5. Virtual Köməkçi

qadınlar üçün 5 yeni iş fikri – virtual köməkçi

İngilis dilini səlis bilən qadınlar üçün son dönəmdə evdən işləyə biləcəkləri iş fürsətlərindən biri daha: Virtual köməkçi. Artıq xaricdə iş adamları özləri üçün full-time köməkçi əvəzinə virtual köməkçilərə üstünlük verirlər. Bu da evdən işləmək istəyən, gününün 9 saatını bir yerə bağlı qalmaq istəməyən, evinə özünə daha çox vaxt ayırmaq istəyən qadınlar üçün əla fürsətdir.

Virtual köməkçi olaraq sizin vəzifəniz emaillərə cavab vermək, otel və uçuş rezervasiyalarını etmək, iclasları planlamaq, ediləcəkər siyahısı hazırlamaq və s. tipli işləri idarə etməkdir. Bu iş sayəsində heç bir yatırıma ehtiyac olmadan və daha az iş saatlarında, daha öz işləyərək pul qazana bilərlər. Bu iş üçün sizə lazım olan xüsusiyyətlər dil biliyinizin olması, düzgün kommunikasiya bacarıqları, vaxt və resursları idarə etmək, problemləri idarə və həll etmək bacarıqlarıdır.

Bu yazının sizin üçün istifadəyə yararlı olacağını ümid edirəm. Dəyərli vaxtınızı ayırıb sona qədər oxuduğunuz üçün təşəkkürlər!

Uyğun Başlıqlar

Back to top button