Steve Jobs-dan unudulmaz 10 həyat dərsi
Stiv Cobs vəfat etdikdən sonra jurnalist Kara Swisher Cobsun yaxın dostu Larri Ellisona adi insanların Stiv Cobsun həyatından necə dərs ala biləcəyini soruşdu.
Oracle qurucusu Larri Ellison belə cavab verdi:
“Bu dünyaya heç vaxt Stiv Cobs kimi bir insan yenə gəməyəcək. Ondan xüsusi heç kim yoxdur. Bu səbəbdən öz kimliyimizi və onun nə qədər xüsusi bir insan olduğunu qəbul etməliyik”.
Stiv Cobsun həyatı nə qədər öyrənilsə də, onu təqlid etmək mümkün olmayacaq. Heç birimiz danışarkən sahib olduğu xarizmaya sahib olmayacağıq. Onun qara koftasını, mavi cins şalvarını, səs tonunu təqlid etsək belə, bunu edə bilmərik. Təbii ki, ətrafdakı insanları onun qədər danlayan başqa bir insan tapa bilmərik.
Bütün bunlara əlavə olaraq, Stiv Cobsun ölümündən 7 il keçməsinə baxmayaraq, sahibkarlıq, texnologiya və marketinq kimi sahələrdə etdiyi inqilablardan bəhs etməyə davam edirik və uzun illər onun mirası haqqında danışmağa davam edəcəyik.
O, sağ ikən mənim üçün böyük ilham oldu. O, mədəaltı vəzi xərçəngindən dünyasını dəyişəndə mən də çox kədərləndim. Halbuki mən onunla heç vaxt şəxsən görüşməmişəm. Onun ölümündən sonra özümə söz verdim; Özümə yaxşı insan,yaxşı sahibkar və yaxşı lider olacağıma söz vermişdim.Lakin mən Stiv Cobs olmaq istəmirdim,onun həyatından dərs alıb öz həyatıma uyğunlaşdırmaq istəyirdim.
Bu yazıda Stiv Cobsun həyatından öyrəndiyim bəzi dərsləri bölüşmək istərdim. Mən bu dərsləri daim özümə xatırladır və həyatımda rəhbərlik etmələrinə çalışıram.
Elə isə başlayaq…
Mündəricat
1. İşinizi sevin
Stiv Cobs işinə həvəsli idi. O, Apple-ı, onun işçilərini, məhsullarını və həyata keçirmək istədiyi arzularını ciddi şəkildə sevən bir insan idi.
Apple-ı iflasdan qurtardıqdan sonra milyarder oldu, lakin Jobs bundan başqa bir şey edə bilməzdi. Apple-dan qovulandan sonra da ürəyi orada döyünürdü. Çoxumuz özümüzü rahat hiss etmədiyimiz işlərdə işləmək məcburiyyətində olabilər, lakin özümüzə sual verməliyik: “Bu iş həqiqətən mənə uyğundurmu? Mən həqiqətən bu şirkətdə işləmək istəyirəm? İş yoldaşlarım xəyalımda olan həmkarlarımdırmı? Bu iş məni karyera və gələcək baxımından xoşbəxt edirmi?
Bu suallara cavabınız “Bəli”dirsə, əladır.
Ancaq cavabınız mənfi olarsa, həyatınızda bəzi dəyişikliklər etməlisiniz. İnsan həyatı qısadır, ona görə də ən qısa zamanda özünüz üçün doğru yola çatmağınız böyük əhəmiyyət kəsb edir.
2. Axmaq insanlara səbir göstərməyin
Stiv Cobs həyatı boyu axmaqları aşkar etməkdə usta idi. O, heç vaxt şirkətin bu adamlar tərəfindən sarsıdılmasına icazə vermədi və onları, bir növ kökündən qopardı. Mənfi enerjilər hər yerdə olacaq, ondan qaçmaq olmaz. Bununla belə, Jobs öz şirkətini və işçilərini bu insanların enerji istismarından qoruya bildi. Axmaq insanlar axmaq qərarlar verirlər. Axmaq insanlar şirkətdə onlardan daha uğurlu insanların olmasına dözə bilməzlər. Jobs isə özündən üstün insanların varlığından narahat olmaq bir yana, onları sona qədər dəstəklədi. Buna görə də Apple hazırda dünyanın ən qiymətli brendidir.
3. Tək başına bütün yükün altına girməyin
Stiv Cobsun ilk Apple dövrü ilə ikinci Apple dövrü arasında ciddi fərq var. İkinci dövrdə Jobs daha yaxşı bir menecer oldu. O, hələ də işini yaxşı görməyən insanları müəyyən edə bilirdi, amma indi daha az qəzəblənir və ətrafındakıları daha az danlayırdı. Bütün yükü tək götürməməyi öyrənmişdi. Komanda işi həyatın hər mərhələsində çox vacibdir. Ətrafınızdakı insanlar istedadlı, ilhamlı və lazım olduqda məsuliyyətli olmalıdırlar. İşçilərə özbaşına işlər görmək üçün təşəbbüs göstərmək hüququ verilməlidir. Bir sözlə, ideyalarınızın dünyaya böyük təsir göstərməsi üçün yaxşı lider və idarəçi olmaq lazımdır.
4.Empatiya qabiliyyətinizə diqqət yetirin
Apple və Steve Jobs-un uğurunun arxasında dayanan ideya əsasən belədir: İnsanlara əvvəllər təsəvvür edə bilmədikləri bir məhsul təklif edin, lakin insanlar bu məhsulu əllərinə alanda çox normal bir məhsulla qarşılaşdıqlarını hiss etsinlər.
Buna empatiya deyilir. Dünyanı olduğu kimi deyil, olması lazım olduğu kimi görmək…
İstifadəçi məhsula toxunan kimi “Aaaa…” reaksiyası və bazarda heç nəyə bənzəməyən məhsul dizayn etmək istəyi. Apple və Jobsun sirri buradadır.
5. Xüsusi və əlçatan olun
Steve Jobs və Apple-ın çox yaxşı bacardıqları başqa bir şey xüsusi şeylər istehsal etməkdir, lakin bu məhsulları imtiyazlı bir qrupa deyil, geniş ictimaiyyətə təqdim etməkdir.
Steve Jobs erkən Apple dövründə və sonra qurduğu NeXT dövründə başa düşdü: Yüksək qiymətli məhsullar əla olsa belə, insanların onları almağa pulu yoxdursa bunun əhəmiyyəti qalmır. NeXt dövründə möhtəşəm məhsullar istehsal edildi, lakin Microsoftorta səviyyəli və aşağı qiymətli məhsullar istehsal etdiyi üçün bazarı ələ keçirmişdi.Cobs Apple-a yenidən qayıdanda bunun fərqində idi. O gələndə iPod, iPhone, iPad maraqlı məhsullar idi, lakin qiymətləri yüksək idi. İnsanlar yeni iPad-in 1000 dollar dəyərində olacağını düşünürdülər. Amma iPad 500 dollara satışa çıxanda hər kəs şoka düşdü. Rəqabət edən şirkətlər öz planşetlərini maya dəyərinə satmağa başladılar və qazanc əldə edə bilmədilər. Apple isə gözlənilən qiymətin yarısına satsa belə yenə də qazanc əldə etməyi bacardı.
Dünyanın ən yaxşı ideyasına sahib ola bilərsiniz, lakin rəqiblərinizdən bir addım öndə olmasanız, ən yaxşısını əldə edə bilməyəcəksiniz. Bu gün biz internet əsrində yaşayırıq. Qazaxda təsadüfi ayaqqabı ustası olsanız belə, məhsullarınız həqiqətən yüksək keyfiyyətlidirsə, insanlar sizi tapacaq. Qiymətlərinizin münasib olmasına və keyfiyyətinizin bir nömrəli olmasına diqqət yetirsəniz, öz sahənizdə mühüm oyunçu ola bilərsiniz.
6. Oyunun qaydalarını siz seçin
Apple 3 ayda az qala müflis olacaqdı, amma olmadı. O, 10 il ərzində iPhone-u inkişaf etdirdi və bazarda bir nömrə oldu. Apple-ın etdiyi fərqli idi, oyunu başqasının deyil, öz qaydaları ilə oynayırdı.
Napster sayəsində musiqiyə giriş pulsuz oldu.
Apple iPod sayəsində yeni nəsil Walkman istehsal edildi və insanlar musiqi almağa məcbur oldular.
Dell kompüter sənayesində monopoliya kimi idi və kompüter qiymətləri o qədər yüksək idi ki, xərcləri azaltmaq mümkün deyildi.
Apple isə yüzlərlə Apple mağazası açıb kompüter, musiqi pleyer və telefon satmağı bacardı.
Apple-ın bu addımını Google-un bu gün dünyada yüzlərlə mağaza açması kimi təsəvvür edə bilərsiniz. Apple bu qədər radikal qərar almışdı.
Apple-dan əvvəl bütün telefonlar düyməli idi. Hətta Google Android-in ilk telefonları, Blackberry də düyməli idi. Apple isə toxunma texnologiyası ilə sektorda yeni cığır açıb və oyuna öz qaydalarını əlavə edmişdi.
Başqa sözlə desək, Steve Jobs və Apple-ın etdikləri indiki rəqabət mühitinin qaydalarına riayət etmək deyil, öz qaydalarını yaratmaq idi.Qısaca “Think different” yəni “fərqli düşün” şüarı əbəs yerə deyilmir…
7. Sağlamlığınıza diqqət yetirin
Bir dostumla Stiv Cobsdan öyrənilə biləcək həyat dərsləri haqqında danışırdım. Bu söhbət zamanı ağlıma bir çox biznes ideyaları gəldi. Dostum isə həvəslə qeyd etdiyim biznes ideyalarını görüb dedi:
“Ən vacib məqamı gözdən qaçırırsınız, sağlamlığınızın qeydinə qalmırsınız. Xüsusilə də həkimlərin tövsiyələrinə ciddi yanaşmırsınız…”
Dostum əlbəttə düz deyir. Stiv Cobsun həyatını təhlil etmək və ondan öyrənmək çox gözəldir, lakin o, artıq bizimlə deyil. O, həkimlərin xərçənglə mübarizə ilə bağlı dediklərinə qulaq assaydı, bu gün sağ olardı. Stiv Cobs həkimlərin tövsiyələrinə qulaq asmadı və nəticə verməyən nevropatik üsullara müraciət etdi. Həkimlərin məsləhətinə qulaq asmaq qərarına gələndə artıq gec idi.
8.Özünüzdən razı olmayın
Apple iflas astanasından qayıtdı və son 10 ildə telefon bazarının ən mühüm oyunçusu olmağı bacardı. Zirvəyə çatanda HTC, Sony, Motorola, RIMM kimi markalar nə edəcəklərini bilmirdilərr. Apple-ın yerində başqa şirkət olsaydı, şirkətin baş direktoru Fortune jurnalında məqalə yazaraq şirkətə investisiya cəlb etməyə çalışardı. Apple-ın uğuru heyrətamiz idi, hər kəs Apple-a pərəstiş edirdi. Amma Apple heç vaxt rahat olmayıb, özündən razı olmayıb. Bununla belə, Apple hələ də Google və Samsung ilə sıx rəqabətdədir. Bir sözlə, iş həyatında arxayınlığa yer yoxdur. Xüsusilə Apple kimi bir şirkət özündən razılaşsa bu baha başa gələcək. Xoşbəxtlikdən, Apple hələ də ilk günki kimi çalışır və arxayınlaşmayıb.
9.Təqdimata önəm verin
Stiv Cobsun Apple təqdimatlarının mifoloji tərəfi var. 50 ildir ki, onun qədər orijinal və təsirli təqdimat edən insan görmədik. Apple tənqidçiləri Cobsun bu şəkildə diqqəti cəlb etməsindən narazıdırlar. Google və Samsung-un məhsullarını Apple məhsullarına qarşı irəli sürərək üstün xüsusiyyətlərə malik olduqlarını iddia edirlər. Yenə də bu insanlar Stiv Cobsun bir növ sehrbaz olduğunu, onun tamaşaçılara təsir etdiyini və bu sayədə Apple məhsullarının üstün sayıldığını iddia edirlər. Amma ediləcək bir şey yoxdur. Bu işin təbiətində təqdimat qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Görünür, Apple tənqidçiləri Apple-ın təqdimata verdiyi önəmi pisləməkdənsə, təqdimat üzərində daha çox işləsələrdi daha yaxşı olardı. Bununla bağlı P.T. Barnumun həyat hekayəsini oxumaq yaxşı bir başlanğıc ola bilər.
10.Qürur duyacağınız işlər edin
Dostlarınıza və ailənizə göstərməkdən qürur duyacağınız şeylər edirsiniz?
Əksər böyük şirkətlər işçilərini düzgün sorğu-sual etmirlər. Buna görə uğursuz olurlar. Şirkətin icraçı komandası şirkət daxilində baş verənlərdən xəbərsizdir, xəta olsa belə, onu aşkar etmək olmur. Zamanla səhvlər qar topası kimi böyüyür və idarəolunmaz hala gəlir.
Apple-da hər şey fərqlidir. Hər bir şöbənin müəyyən vəzifələri var. Bu insanlar görülən işlərə cavabdehdirlər və lazım gəldikdə məsuliyyətə cəlb oluna bilərlər.
İşçilərə göstərməkdən qürur duyacaqları işləri görmək üçün yer və məsuliyyət vermək Apple-ın uğurunun əsas səbəblərindən biridir.