LiderlikTrend Yazılar

The Godfather filmindən liderlik və sahibkarlıq mövzusunda 5 dərs

Nyu-Yorkda yaşayan mafiya ailəsinin lideri olan Xaç atası “The Godfather” filminin unudulmaz baş rolu Vito Korleone mahir iş adamıdır. Qanunsuz və qan qoxulu hadisələri bir kənara qoysaq, Xaç atası filmindən liderlik, biznes və sahibkarlıq haqqında çox şey öyrənə bilərik.

1. İmic hərşeydir

The Godfather filmindən liderlik dərsləri

Vito Korleone ata obrazına malik olmasaydı, qəribə danışan mafiya lideri olmaqdan başqa bir şey olmazdı. Lakin o, uğurlarına borclu olduğu möhkəm bir nüfuza, etibarlılığa malikdir. “Ata” filmində heç bir təfərrüat atlanmamış və Vito Korleonenin həqiqətən də ailəsinin, iş ortaqlarının və onu sevənlərin atası olduğu möhtəşəm şəkildə vurğulanmışdır. Danışığı, sifətinin ifadəsi, otağı, otağındakı işıqlandırma, süfrə arxasında duruşu… Hər şey ona hörmətli lider obrazı vermək üçün qurulub.

Onu da qeyd etmək yerinə düşər ki, imic müasir iş dünyasında çox vacib məsələdir. Bu kontekstdə həm öz imicinizə, həm də şirkətinizin imicinə ən xırda detallarına qədər diqqət yetirməlisiniz. Loqo dizaynından tutmuş restoranınızdakı stulların dizaynına, müştəri nümayəndələrinin üslubundan tutmuş Instagram səhifənizdəki posta qədər hər bir detala hakim olmalı və nə etdiyinizi bilməlisiniz.

2. Lider olmaq konkret olmaqdır

the godfather filmindən liderlik mövzusunda dərslər

Vito Korleone istər dostu istərsə düşməni olsun; Planlarını, məqsədlərini və deyəcəklərini nəzakətlə və aydın şəkildə ifadə edir. Hətta o məşhur at başı səhnəsi əslində az və konkret danışmanın qəribə ifadəsidir. Vito Korleone dediklərini aydın və yaddaqalan tərzdə deyirdi.

Onu iş dünyasında nümunə götürmək faydalı olacaq. Beləliklə, ünsiyyətdə aydın və açıq olmaq çox vaxt ən idealıdır.

3. İşçilərinizə güvənin

the godfather filmindən liderlik dərsləri

Ata sahib olduğu (qurduğu) prestij sayəsində işçilərinə nə etməli olduğunu deyir və daha onlara qarışmır. İşçilər də ona sadiqdirlər, çünki o, tapşırıqları aydın şəkildə verir və onlara aydın göstərişlər verir. Amma bu sədaqətin arxasında heç bir qorxu faktoru olmadığını deyə bilmərik.

Ancaq hər halda, xoşbəxt və sevgi dolu bir heyət üçün onlara bir qədər azadlıq verməli və onlara güvənməlisiniz.

4. Yaxşı müştəri xidmətləri çox dəyərlidir

the godfather filmindın liderlik dərsləri

Filmin ilk 5 dəqiqəsində Corleonedən dəyərli bir dərs alırıq:

O, Atanın yanına gələn adama deyir: “Niyə birinci yanıma gəlmədin? Mən səni rəqiblərimdən daha yaxşı qoruya bilərəm”.

Bu, əslində əla replikadır. Siz sözünüzü tutduğunuzda və müştərilərə keyfiyyətli xidmət göstərdiyiniz zaman onlar sizə üstünlük verməyə davam edəcəklər. Ancaq sözünüzü tutmasanız və müştərini yalnız birdəfəlik müştəri kimi görsəniz, gələcəkdə təkrarlanması ehtimalı olan onlarla potensial alış-verişi əldən verəcəksiniz.

5. Qarşılıqsız yaxşılıq önəmlidir

the godfather filmindən liderlik dərsləri

Kimsə gəlib Korleonedən kömək istəyəndə razılaşır. Bununla belə, o, etdiyi yaxşılığın qarçılığını bir gün almaq istədiyini üstüörtülü şəkildə ifadə edir. Başqa sözlə, gələcəyə sərmayə qoyur. Müştərilərə və rəqiblərinizə qarşı xoş niyyət saxlayırsınızsa, onlara qarşı yaxşı və səxavətli olun; Geniş etimad və dəstək şəbəkəniz olacaq. Bir işiniz olduqda, sözügedən insanlar sizə müəyyən mənada kömək etməyə “məcburdurlar”. İnsanlara boş yerə yaxşılıq edin və qarşılığında yaxşılıq gözləməyin. Etdiyiniz yaxşılıq nə qədər çox olarsa, qarşı tərəf də onun altında qalmamaq üçün bir o qədər çox səy göstərər.

Uyğun Başlıqlar

Back to top button