Uğurlu Sahibkarların Kitab Oxumaq Vərdişləri
Bu yazımızda uğurlu sahibkarların oxuma vərdişlərini araşdıracayıq.
Mündəricat
“Çox uğurlu insanların adətən ortaq bir cəhəti var: oxumaq.”
Yüksək müvəffəqiyyətli insanlar oxu vərdişlərini uğurlarının amili kimi göstərirlər. İlon Mask Tesla şirkətinin baş direktoru olmamışdan əvvəl gündə 10 saata qədər kitab oxuyurdu. Microsoft-un keçmiş baş direktoru Bill Qeyts hər həftə yeni bir kitab oxuyur.
Gəlin bu uğurlu sahibkarların kitab oxumaq vərdişlərini həyatlarına necə daxil etdiklərinə nəzər salaq:
Warren Buffett
Dünyanın ikinci ən böyük konqlomeratı olan Berkshire Hathaway-in müdiri Warren Baffett gündə beş müxtəlif qəzet oxuyur və buna beş-altı saat vaxt sərf edir.
O, həmçinin 500 səhifəlik maliyyə sənədlərini hərtərəfli oxuyur və gələcək ambisiyaları olan investorlara da bunu etməyi tövsiyə edir.
Bu yaxınlarda Kolumbiya Universitetində iştirak etdiyi bir investisiya dərsində Buffet oxu vərdişini dəstəkləmək üçün aşağıdakı cümləni işlətdi. “ Hər gün 500 səhifə oxumağa çalışın. Hamınız bunu edə bilərsiniz, amma əminəm ki, çoxunuz tənbəllik edəcəksiniz”.
Bill Gates
Microsoft-un keçmiş baş direktoru Bill Qeyts ildə 50, orta hesabla həftədə bir kitab oxuyur. Oxuduğu kitabların əksəriyyəti ictimai sağlamlıq, xəstəliklər, mühəndislik, biznes və elm haqqındadır.
Bəzən Geyts asanlıqla bir axşam kitaba başlaya və bütün gecəni kitabı oxuyaraq keçirə bilər. Bill Qeytsin fikrincə, kitablar ona yaşadığı dünyadan daha çox şey öyrədir.
Mark Zuckerberg
Facebook-un CEO-su Mark Zukerberq 2015-ci ildə Facebook-da yazdığı bir yazıda müxtəlif mədəniyyətlər, inanclar, tarixlər və texnologiyalar haqqında öyrənmək üçün hər həftə kitab oxuyacağına söz verdiyini yazıb.
Uğurlu sahibkar Zukerberq: “Kitablar sizə mövzunu daha dərindən araşdırmağa və bu gün istifadə etdiyimiz əksər media alətlərindən daha çox hansısa mövzunu anlamağa imkan verir. Vaxtımı sosial şəbəkələrdənsə kitab oxumağa sərf etmək üçün səbirsizlənirəm”.
Mark Cuban
Milyardlıq sərvəti olan iş adamı Mark Kuban, işə idman kimi yanaşmağı, yəni istənilən mühitdə rəqabət üstünlüyü əldə etmək fürsəti axtarmağı dəstəkləyən uğurlu bir addır.
Bu, Mark Kuban üçün sənayesi haqqında daha çox öyrənmək üçün gündə üç saat oxumaq deməkdir. Mark Kuban qeyd edir ki, bu oxu vərdişi, xüsusən də karyerasının əvvəlində ona çox kömək edib.
Mark Kuban özünün Success and Motivation bloqunda yazır ki, oxuduğu hər kitab və jurnal hər kəsin asanlıqla əldə edə biləcəyi kitablar və jurnallardır.
“Mənim oxuduğum kitabları və jurnalları hər kəs ala bilər. Həmin məlumatı əldə etmək istəyənlər üçün həmişə eyni məlumat var. Amma görünür, insanların çoxu bu məlumatı əldə etmək istəmir”.
Phill Knight
New York Times-ın məlumatına görə, Nike-ın yaradıcısı Fil Naytın kitabxanası onun ofisinin arxasında yerləşir. Kitabxana Knight üçün o qədər müqəddəs bir yerdir ki, içəri girmək istəyən hər kəs içəri girməzdən əvvəl ayaqqabılarını və papağını çıxarmalıdır.
2007-ci ildə New York Times-a verdiyi müsahibədə Naytdan üç il sonra indiki yerində olmasa kitabxanasını saxlayıb-saxlamayacağını soruşduqda, Fil Nayt təəccübləndi: “Əlbəttə, kitabxananı saxlayacağam. Mən həmişə öyrənirəm”. deyə cavab verdi.
Elon Musk
Tesla şirkətinin baş direktoru olmamışdan xeyli əvvəl və hətta PayPal-ı qurmamışdan əvvəl gənc İlon Mask gündə on saata qədər elmi fantastika kitabları oxuyurdu. Üstəlik, Musk doqquz yaşında Britannica Ensiklopediyasını əvvəldən axıra qədər oxuyub. Məşhur sahibkar deyir ki, raketlər haqqında geniş biliyini oxuduğu kitablara borcludur. Əslində, bir müsahibədə raket elmi haqqında necə bu qədər çox şey bildiyini soruşduqda: “Mən çox kitab oxudum.” deyə cavab verdi. O, başqa bir müsahibəsində çoxlu kitab oxumaq haqqında bunları deyib:
Məni əvvəlcə kitablar, sonra ailəm böyüdüb.