Trend YazılarSahibkarlıqŞəxsı inkişaf

Elon Musk-dan Həyat Dərsləri

Tesla Motors-un İdarə Heyətinin sədri (CEO) kimi tanınan Elon Musk 23,4 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasındadır. O, sərvətini texnologiya sahəsindəki təşəbbüsləri ilə qazanıb. Cənubi Afrikada anadan olan o, arzularını həyata keçirmək üçün əfsanəvi Silikon Vadisinə, Los-Ancelesə köçüb. Onlayn pul köçürmələri nəhəngi PayPal-ın həmtəsisçilərindən biri olan Mask indi SpaceX kimi tanınan raket şirkətini idarə edir. Məşhur milyarder dünya üzrə 3 şirkət quran və onları milyardlarla dollara satan iki adamdan biri olmağı da bacarıb. Tez-tez “yaradıcı” və “hər şeyin ixtiraçısı” olaraq adlandırılan Elon Musk, şübhəsiz ki, dünyanın ən uğurlu sahibkarlarından biridir.

Bəli, Musk qeyri-adi bir insan ola bilər, lakin onun karyera uğuru hətta normal insanlar üçün də keçərli olan bir sıra həyat dərslərini bir araya gətirir.

Bu yazımızda İlon Maskın həyatından çıxara biləcəyimiz dərsləri və müvəffəqiyyətlə bağlı tövsiyələri yer alacaq. İnanılmaz uğurlara imza atan İlon Maskın karyera həyatından topladığımız həyat dərsləri bunlardır:

1. Güclü vizyona sahib olun

Elon Musk-dan Sahibkarlara Tövsiyyələr
Elon Musk-dan Sahibkarlara Tövsiyyələr

Ən uğurlu liderlər çox vaxt ən güclü vizyona sahib olanlardan çıxır. Onlar bu vizyonu öz komandaları ilə bölüşür və məqsədlərinə nail olmaq üçün müəyyən yol xəritəsi çəkirlər. Onlar başqa insanları da özləri ilə aparırlarr, ətrafdakı hər kəsə hər şeyi öz nöqteyi-nəzərindən görməyə imkan verirlər. Uzaqgörən lider kimi İlon Mask bütün dünyada pul köçürmələri sənayesində inqilab edən PayPal-ı qurdu. Buna görə də, İlon Maskın həyatından alınacaq ilk dərs, inqilab edəcək qədər güclü bir vizyona sahib olmaqdır.

2.Fikirlərinizi ən yaxşı şəkildə həyata keçirin.

elon musk-dan tövsiyyələr
elon musk-dan həyat dərsləri

İdeyanın uğuru onun nə dərəcədə həyata keçirilməsindən asılıdır. Həyata keçirilməyən ideya “sadə ideya” olmağa məhkum olsa da, eyni ideyanı effektiv şəkildə həyata keçirdikdə böyük işlər görə bilərsiniz. Elon Musk həmçinin ideyalarınızı həyata keçirmək üçün innovativ komandaya ehtiyacınız olduğunu vurğulayır. Onların iştirakı ilə möhkəm biznes modelləri yarada bilərsiniz. Belə bir addım yüksək maliyyə gəlirlərinə və nəticədə vizyonunuzun uğurla həyata keçirilməsinə səbəb olacaqdır. İdeyanız yalnız icra keyfiyyətiniz qədər yaxşı olacaq.

3.Yaxşı ideyalar hər kəsdən və hər yerdən gələ bilər.

elon musk-dan həyat dərsləri
elon musk-dan həyat dərsləri

Elon Musk-ın etdiyi maraqlı işlərdən biri də fikirlərinin açıq mənbəli olmasıdır. O, öz ideyalarını ictimaiyyətə təqdim edir və onların mümkün olan hər yerdə inkişaf etdirilməsini tələb edir. Bununla o, sizə, gələcək sahibkarlara və ya iş adamlarına öyrətdi ki, böyük liderlər problemin həllinə daha çox insan qruplarını cəlb etmək üçün mövcud kommunikasiya infrastrukturlarından maksimum istifadə etməlidirlər. Elon Musk ağıllı insan olduğunun fərqindədir və bir qrup insanın birgə səyi ilə tək başına heç vaxt əldə edə bilmədiyi nəticələrə nail ola biləcəyinin də şüurundadır. Onun arxasınca düşdüyü şey tam şəkildə həyata keçirə biləcəyi bir komanda işidir.

4.Böyük düşünün

elon musk-dan həyat dərsləri

Musk-ın innovasiya tarixinə nəzər saldıqda milyarderə çevrilən sahibkarların ideyalarının təkcə məhsul yaratmaqla məhdudlaşmır, həm də sənayeyə qalıcı təsir bağışladığı görünür. PayPal pul köçürmələrini rəqəmsallaşdırmaqla və dünyada milyonlarla insanın onlayn pul göndərmə və qəbulunu asanlaşdırmaqla maliyyə sənayesini dəyişdi. SpaceX proqramı kosmik səyahətə qalıcı təsir göstərir. Mask kosmosa səyahəti kommersiyalaşdırmaq istəyir. O, böyük düşünən sahibkardır və atdığı hər addımda sizə bunu necə edəcəyinizi öyrədir.

5.Əsas məlumatları öyrənin və bu bilikləri öz xeyrinizə istifadə edin.

elon musk-dan həyat dərsləri

Maskın zehniyyətini bu sözlərlə ümumiləşdirmək mümkündür:

“Əsas məlumatları öyrənin və bu bilikləri öz xeyrinizə istifadə edin. .” Beləliklə, düşüncənizi təkmilləşdirmək üçün çox bilmişlik etməyi bir kənara qoyub dünyaya yeni gözlə baxmağa çalışmalı, obyektiv məlumatlardan istifadə edərək aydın müşahidələr aparmalısınız.

6.İşinizin ən vacib fəaliyyətinə diqqət yetirin

elon musk-dan həyat dərsləri

Elon Musk, Warren Buffet və Mark Zuckerberg və s. Hər bir uğurlu sahibkarın iki ümumi xüsusiyyəti var: 1. Hər biri milyard dollarlıq şirkətləri idarə edir. 2. Onlar tək bir güc sahəsinə diqqət yetirməyin nə qədər gəlirli investisiya olacağını bilirlər. Onlar razılaşırlar ki, bütün diqqəti bir məhsulu bazara necə çıxarmaqdansa, səylərinizi həmin məhsulu daha yaxşı etməyə yönəltmək daha məntiqlidir. Musk həmçinin bildirdi ki, o, orta qiymətli bir məhsul çıxarmaqdansa, bazara inqilabi bir məhsul gətirmək üçün illər boyu mübarizə aparmağı üstün tutur. Bu anlayışı bir prinsip olaraq qəbul edib həyatınız boyu istifadə etdiyiniz zaman məhsul və ya xidmətlərinizin keyfiyyətini artıra bilərsiniz.

7.Planlarınızda uğursuzluq ehtimalını da nəzərə alın və B planı hazırlayın

elon musk-dan həyat dərsləri

İstədiyimiz şeyləri edə bilməməyimizin əsas səbəbi uğursuzluqdan qorxmağımızdır. Məsələn, uğursuzluqdan, yəni işi ala bilməməkdən qorxduğumuz üçün arzuladığımız işə müraciət etmirik. Eyni şey şəxsi həyatlarımız üçün də keçərlidir, rədd edilməkdən, yəni uğursuzluqdan qorxduğumuz üçün cəlbedici olduğunu düşündüyümüz insanlara yaxınlaşmaqda çətinlik çəkirik. Bu qorxuların sizi dayandırmasına icazə vermək əvəzinə, onları qəbul etməli və onların potensial yan təsirlərinə nəzarət etmək üçün effektiv B planı yaratmalısınız.

8.İstedad pis şəxsiyyəti kompensasiya edə bilməz

elon musk-dan həyat dərsləri

Elon Musk iddia edir ki, böyük bir istedad pis bir şəxsiyyəti kompensasiya edə bilməz.

O, bu fikri belə izah edir: “Mənim ən böyük səhvim insanları şəxsiyyətlərinə görə deyil, yalnız qabiliyyətlərinə görə mühakimə etməkdir. Ancaq müəssisənizin gələcəyinə gəldikdə, yaxşı bir xasiyyət də vacib amildir.

Nəticə

Elon Musk dünyanın ən gələcəyə yönümlü insanı hesab olunur. O, şübhəsiz ki, texnologiya dünyasının qabaqcıllarından biridir. Müvəffəqiyyətli olmaq haqqında bu həyat dərslərini mənimsəməklə, öz sahələrinizin qabaqcıllarından biri ola bilərsiniz. Buna görə də gözləməyin, siz də ən toxunulmaz, ən cəsur arzularınızın arxasınca gedin.

Uyğun Başlıqlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button