Uğurlu Sahibkarların Həftə Sonu Vərdişləri
Bir çox insan bütün həftə çox çalışdıqdan sonra həftə sonunu yataraq və televizora baxaraq keçirmək istəyir.
Ancaq uğurlu sahibkarlar bunu etmirlər.
Onlar vaxtlarından daha dolğun və səmərəli istifadə etməyə çalışırlar. Beləliklə, uğurlu sahibkar üçün şənbə və ya bazarın heç bir əhəmiyyəti yoxdur. Öz işinizi qurmaq, həvəs göstərdiyiniz mövzuda layihə hazırlamaq və özünüzü təkmilləşdirmək istəyirsinizsə, həftə sonlarından düzgün istifadə etməlisiniz.
Buna görə də bu yazıda uğurlu sahibkarların həftə sonu vərdişlərini müzakirə edirik.
Mündəricat
1. Tez oyanırlar
Müvəffəqiyyətli sahibkar şənbə və bazar günləri yatanda, həftənin qalan hissəsi üçün cədvəlinin geridə qalacağını bilir. Bu səbəbdən həftə sonlarını səmərəli keçirməyə diqqət yetirir. İlk növbədə səhər tezdən oyanır. Səhərin ilk saatlarından yararlanaraq üzərində işlədiyi layihə ilə məşğul olur.
Twitter-in həmtəsisçisi Cek Dorsi həftə sonları 5:30-da qalxır və 9 kilometr qaçır. Daha sonra həftə ərzində öhdəsindən gələ bilmədiyi məsələləri həll etməyə çalışır.
2. İdman edirlər
Uğurlu sahibkar həftə sonlarını idman etməklə keçirir. Sıx iş qrafiki səbəbindən idmanla məşğul olmağa vaxt tapa bilmədiklərindən həftə sonlarını qaçış, ağırlıq qaldırmaq və üzgüçülüklə keçirirlər.
Xüsusilə ailəniz və dostlarınızla birlikdə dırmaşma, velosiped sürmə, üzgüçülük və avarçəkmə kimi fəaliyyətlər həm bədəninizə, həm də ruhunuza sağlamlıq və güc verir.
Həyatınızda sağlamlığınızı, idmanınızı vəqidalanmanızı ön planda tutsanız, psixi sağlamlıq baxımından da faydalarını görəcəksiniz. Bu səbəbdən idmanla məşğul deyilsinizsə, mümkün qədər tez başlamalı, idman edirsinizsə, özünüz üçün müəyyən hədəflər qoymalı və idman mənasında o hədəfə çatmağa çalışmalısınız.
3. İctimai Fəaliyyətlərdə İştirak Edirlər
İnsanlar sosial varlıqdır. İnsanın psixoloji cəhətdən sağlam olması üçün onun sağlam, məhsuldar və ictimai həyatı olmalıdır. Uğurlu sahibkar həftə sonları və ya bayram günlərində ailəsi və dostları ilə keyfiyyətli vaxt keçirir.
O, fürsət tapdıqca akademik konfranslar, kino, teatr və konsertlər kimi fəaliyyətlərdə də iştirak edir. Bu cür tədbirlər yeni insanlarla tanış olmaq, yeni əlaqələr qurmaq baxımından çox əhəmiyyətlidir. Başqa sözlə, sosiallaşmaq həm şəxsi, həm də iş həyatınıza müsbət töhfələr verir.
4. Layihələri Üstündə Çalışırlar
Uğurlu sahibkar bilir ki, həftə sonları üzərində çalışdığı mühüm layihələrə diqqət yetirmək üçün yaxşı vaxtdır. O, həftənin gərgin tempində adekvat şəkildə öhdəsindən gələ bilmədiyi vacib məsələlərə diqqətini cəmləşdirir.
Gəlin bir şeyi aydınlaşdıraq: Siz də bütün həftə sonunuzu işləməklə keçirməli deyilsiniz. Məsələn, solo sahibkar olaraq, şirkətinizin sosial media ilə qarşılıqlı əlaqəsini həyata keçirmək üçün bir şəxs və ya agentliyi işə götürə bilərsiniz. Bu sayədə görülməsi lazım olan işləri həmin sahənin mütəxəssislərinə təhvil verərək həftə sonunu istədiyiniz kimi keçirə bilərsiniz.
5. Ailələri ilə Vaxt Keçirirlər
Müvəffəqiyyətli sahibkar ailə və dostların əhəmiyyətini və onların dəstəyinin nə qədər dəyərli olduğunu bilir. Bu səbəbdən şəxsi həyatında ailəsi və dostları ilə keyfiyyətli vaxt keçirməyə böyük əhəmiyyət verir.
İlk öncə bunu bilmək lazımdır: Əsl xoşbəxtlik bank hesabınızdakı pulun miqdarı və ya şirkətinizin böyüməsi deyil; Fiziki və əqli cəhətdən sağlam olmaq da sizin üçün önəmlidir Buna görə də, psixi sağlamlığınızı möhkəmləndirmək və artırmaq üçün yaxşı xatirələrə sahib olmaq və ailəniz və dostlarınızla macəralara getmək son dərəcə vacibdir.
Əgər iş həyatına görə ailənizə laqeyd olduğunuzu düşünürsünüzsə, bundan sonra onlarla daha çox vaxt keçirməyə çalışın. Müsbət fərqi qısa zamanda anlayacağınıza əmin ola bilərsiniz.
6. Yaradıcı Fəaliyyətlərlə Məşğul Olurlar
Yaradıcı fəaliyyətlə məşğul olmaq uğurlu və məhsuldar həyatın açarıdır. Demək olar ki, bütün uğurlu sahibkarlar yaradıcı fəaliyyətlər üçün özlərinə vaxt ayırırlar. Məsələn, kitab yazmaq, klassik avtomobilləri bərpa etmək, küçə fotoşəkilləri çəkmək kimi şeylər yaradıcılığınızı artırır. Bu zaman hobbinizi və həvəsinizi ancaq özünüz təyin edə bilərsiniz. Dünyanın ən önəmli investoru deyə biləcəyimiz Uorren Baffet mahnı oxumağa üstünlük verir. Öz sevdiyiniz şeylərlə vaxt keçirməli, ağlınızı boşaltmalı və boşalmalısınız.
Uğurlu iş adamlarını bazar ertəsi səhərləri enerjili, , bomba kimi görürsünüz və “Bu enerjinin sirri nədir?” deyə düşünürsünüz. Bu insanların enerjisinin arxasında sevdikləri şeylərlə və sevdikləri insanlarla vaxt keçirməyin xoşbəxtliyi və hüzuru dayanır.
7. Yalnız Vaxt Keçirirlər
Uğurlu sahibkarlar düşünmək üçün tək vaxta keşirməyə dəyər verirlər. Tək başına keçən vaxt insana beynindəki suallara cavab axtarmaq, yeni hədəflər tapmaq, gələcək üçün planlar qurmaq imkanı verir.
Tək vaxt keçirmək daxili sorğu-sual üçün də idealdır. Məsələn, “Keçən həftə necə keçdi? Harada səhv etdim? Gələn həftə eyni vəziyyətlər baş verərsə, mən necə reaksiya verməliyəm?” kimi suallara cavab axtarır. Daxili sorğu-sual insana gələcək proses haqqında çox faydalı ipuçları verir.
8. Telefonla Əlaqəni Kəsirlər
Şənbə və ya bazar günü… Uğurlu insanlar həftənin bir günü telefonla əlaqəni kəsirlər. Elektron poçtlarını yoxlamırlar, sosial şəbəkələrə girmirlər, internetdə gəzmirlər. Bu yolla enerjilərini və vaxtlarını real həyata köçürürlər. Onların həm gözləri, həm də beyinləri istirahət edir. Ən azı həftədə bir dəfə telefonunuzu söndürün və internetdən istifadə etməyin. Vaxtınızın bolluğuna təəccüblənəcəksiniz!
9. Yeni Yerlər Kəşf Edirlər
Həftə sonları bir neçə günlük səyahət üçün idealdır. Yeni şəhərlər, yeni küçələr görmək; Fərqli atmosferlərdə olmaq perspektivinizi təzələyir və hadisələrə yeni prizmadan baxmağa imkan verir.
Yəni həftə sonu 2 gün də olsa Berlinin və ya Antalyanın havasını udmaq gözəl fikirdir. Bununla belə, yeni yerlər kəşf etmək üçün şəhərdən kənara çıxmağa ehtiyac yoxdur. Bir çox uğurlu sahibkar həftə sonları yaşadıqları şəhəri kəşf edirlər. Başqa sözlə, siz də yaşadığınız şəhərin unikal hissələrini ziyarətə gedə bilərsiniz.
10. Kitab Oxuyurlar
Bir çox uğurlu sahibkar kitab qurdlarıdır. Çünki bu insanlar başqalarından öyrənməyə çox həvəslidirlər. Onlar jurnalları oxuyur, başqa insanlarla ünsiyyət qurur, internetdə nəşrləri və kitab oxuyurlar.
Təbii ki, uğurlu insanlar təkcə bizneslə bağlı kitablar oxumurlar. Onların təxəyyülünü inkişaf etdirəcək, onlara mənəvi zövq verəcək ədəbiyyat əsərlərini də maraqla oxuyurlar. Kitab oxumaq insanın beynini parlaq fikirlərə oyaq saxlayır. Parlaq ideyanın haradan gələcəyini heç vaxt bilmirik. Bu səbəbdən xüsusilə ədəbiyyat və kino insanın üzünə tamamilə yeni bir dünyanın qapılarını aça bilər.
11. Yeni Həftəni Planlayırlar
Uğurlu sahibkar üçün həftə bazar ertəsi ilə başlamır. Bazar günü həftəni planlaşdırmaq üçün əla vaxtdır. Uğurlu insanlar bazar günü masa arxasında oturur və yeni həftə üçün planlar qururlar. Beləliklə, “Bazar ertəsi nə etməli? Çərşənbə axşamı iclasın gündəliyinə hansı məsələlər daxil edilməlidir? Çərşənbə günü keçiriləcək ikitərəfli görüşdə nələrə diqqət yetirilməlidir?” kimi həftəyə hazırlaşmaq, həftəsonu yeni həftəni planlaşdırmaq böyük vərdişdir. Twitter-in həmtəsisçisi Cek Dorsi də şənbə günlərini gəzinti, bazar günlərini isə yeni həftəyə hazırlaşmaqla keçirir.