Şəxsı inkişaf

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Bu yazıda Warren Buffett-in daha ağıllı olma formulunu araşdıracayıq.

İnsanların çoxu həyatlarını intellekt səviyyələrini artırmaq üçün çabalamadan keçirirlər.

Niyə? Çünki onlar bu məqsəd üçün səy göstərməkdən çəkinirlər.

Evə gəlib divanda oturub yatmaq vaxtı gələnə qədər televizora baxmaq daha asandır.

Ertəsi gün ofisə gedib dostlarınızla dünən axşam izlədiyiniz serialın təfərrüatlarını müzakirə edirsiniz və ya bir neçə cümlə ilə Survivorda hər şeyi mənimsədiyinizi göstərə bilərsiniz. Təəssüf ki, bunların heç biri bilik deyil və zehninizi uyuşdurur.

Məlumatı əldə etmək yalnız istəməklə mümkündür. Hətta belə bir fikir var ki, müntəzəm olaraq çalışdığınız zaman, bu sizi əvvəlkindən daha ağıllı bir fərd edəcək. Bu sadə bir düsturdur, lakin həyata keçirmək düşündüyünüz qədər asan deyil.

Buffett formulu nədir?

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Warren Buffett və Charlie Munger-i qeyri-adi zehni olan öyrənmə maşınları kimi təyin etmək olar.

Warren Buffett ortağı və dostu Çarli Munger haqqında bu sözlərlə danışır:
“Mən görürəm, o eşidir. Ona görə də biz birlikdə möhtəşəm kombinasiya yaradırıq”.

Warren Buffett və Mungerin həyatından çox şey öyrənə bilərik. Çünki onlar zəkalarını dünyanın ən zəngin adamlarından biri olmaqla əldə etməyiblər. Əksinə, sərvətlərini bənzərsiz zəkalarına borcludurlar. Daha da əhəmiyyətlisi, zəka səviyyələrini günü-gündən artırmağa davam edirlər.

İkilinin müdafiə etdiyi zəka düsturu davamlı/ömür boyu öyrənməyə əsaslanır. Ömür boyu öyrənmənin əsas meyarı “oxumaq”dır. Baxın, Baffetin gizli formulu çox oxumaqdan ibarətdir.

Necə daha ağıllı ola bilərik?

Oxuyun

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Bu, zəkanızı artırmaq və ağıllı hərəkət etmək haqqında Baffet formulunun əsas arqumentidir.

Warren Buffett deyir ki, o, bütün gününü ofisində oturaraq kitab oxumaqla keçirir.
Formulun funksionallığını bir nümunə ilə təcəssüm etdirək. Baffetin oxu məsləhətinə qulaq asanlardan biri olan Todd Kombs indi əfsanəvi investor üçün işləyir. Baffetin oxuma ilə bağlı fikirlərini dinlədikdən sonra nəyi və nə qədər oxuduğunu izləməyə başlayan Kombs, yaşadığı prosesi belə izah edir:

“Funksional materialları/resursları tapmaq və oxumaq mənim şəxsiyyətimin bir hissəsinə çevrilib, bu vərdişdən əl çəkə bilmirəm. İnvestisiya karyerama başlayanda gündə 600, 750, hətta 1000 səhifə oxumuşdum. Mən Buffetin formulunun nə qədər yaxşı işlədiyini kəşf etdim və onun mənim əsas vəzifəm olan “potensial investisiyalar haqqında həqiqəti əldə etmək”də məni nə qədər təkmilləşdirdiyini başa düşdüm.

Təbii ki, nə oxuduğunuz qədər necə oxuduğunuz da önəmlidir.

Tənqidi bir perspektivə sahib olmalı və oxuduqlarınızı düşünməlisiniz.

Eynilə Baffet kimi… “Mənim işim hər gün daha çox fakta çatmaq və biliklərimi daim artırmaqdır. Zaman-zaman dayanıram, əldə etdiyim məlumatlar arasında əlaqə yaratmağa və ya bu məlumatı konkret fəaliyyətə çevirə biləcəyimi müəyyənləşdirməyə çalışıram. Mənim tərəfdaşım Çarli də mənim kimidir. İş o yerə çatıb ki, övladları ona “gəzən kitab” deyirlər.

Oxuduqlarımızı Biznes Həyatına Necə tətbiq edək?

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Sizcə, Buffet və Munger oxuduqlarını iş həyatına necə tətbiq edir? Və ya qərar qəbuletmə proseslərində bütün bu biliklərin rolu nədir?

Bu sualın cavabını ikisinin iş həyatını araşdıraraq tapa bilərik.

Baffet və Mungerin bütün günü kompüter qarşısında oturduqlarını və rəqəmlərə heyran olduqlarını düşünürsünüzsə, böyük səhv edirsiniz.

Onlar nə edirlər?

Baffet adi bir iş gününü və oxuduqlarının qərar qəbul etməsinə təsirini təsvir edir: “Bizi başqalarının fikirləri və ya şərhləri maraqlandırmır. Biz faktları öyrənib özümüz üzərində düşünməyə üstünlük veririk”. Buffett və Munger düşünmək və qərar vermək üçün yalnız bir-birlərinə güvənirlər. O qədər ki, Baffete görə, Çarli Munger üçün cavab/həlli olmayan problem yoxdur: “O, indiyə qədər gördüyüm ən təsirli otuz saniyə qaydası icraçısıdır. Mən ona yaxınlaşıram və otuz saniyədən sonra nə baş verdiyini biləcir. Onun nəyisə dərk etməsi an məsələsidir”.

Münger isə zəkasının fitri bir dahilik deyil, qazanılmış bilik olduğunu düşünür. Və o, bu mövzudakı səriştəsini bütün səylərinin bariz bəhrəsi kimi qəbul edir:

“Qərar vermək üçün kifayət qədər vaxtımız olana qədər nə Uorren, nə də mən düzgün qərarlar verə bilmərik. Biz real qərarları çox daha tez qəbul edirik, bu ona görədir ki, problemlərlə üzləşməzdən əvvəl bu barədə saatlarla fikirləşmişik, bu haqda çox oxumuşuq və özümüzü prosesə çoxdan hazırlamışıq”.

Oxumağa vaxt ayırmaq üçün nə etməliyik?

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Oxumağa vaxt ayırmaq düşündüyünüz qədər çətin deyil. Bunu etməkdə sizə kömək etməyin ən təsirli yollarından biri günün müəyyən hissəsini yalnız özünüz üçün ayırmaqdır – hətta bir saat belə kifayətdir.

Bəs, sizcə, Baffet və Munger bunu necə bacardılar?

“Çarli yeni işə götürülən vəkil kimi saatda 20 dollar qazanırdı. Bir gün özünə sual verdi: “Mənim ən dəyərli müştərim kimdir?” . Və o, əslində ən dəyərli müştərisinin özü olduğuna qərar verdi. Beləliklə, o, 20 dollardan imtina etməyi və hər gün özünə bir saat ayırmağı seçdi. Hər kəs bunu etməlidir, özünün ən dəyərli müştərisi olmalıdır. Sizancaq özünüzə xeyir verdiyiniz müddətcə başqalarına kömək edə bilərsiniz”.

Özünüzə ayıracağınız vaxtın fürsət dəyərini də nəzərə almaq vacibdir. Fürsət dəyəri iqtisadi seçim edərkən imtina edilməli olan ikinci ən yaxşı alternativdir. Çarlinin nümunəsi üçün bu, onun saatlıq “20 dollar” tarifi idi. Fürsət dəyərindən asılı olmayaraq, özünüz üçün ayıracağınız bu vaxtdan maksimum istifadə etməlisiniz.

Necə?

Sosial mediada və ya e-poçt qutunuzda vaxt itirmək əvəzinə, özünüzü təkmilləşdirmək üçün bu məkandan istifadə edə bilərsiniz.

Qısa müddətdə Facebook, Twitter, Instagram və s. sosial media hesablarında keçirdiyiniz vaxt nəticəsində sərbəst buraxılan dopaminin artması səbəbindən özünüzü yaxşı hiss edə bilərsiniz; lakin uzunmüddətli perspektividə yeni bir şey öyrənmək və ya özünüzü təkmilləşdirməyə qoyduğunuz sərmayənin gəliei daha çox olacaq.

Hədəflədiyiniz gəliri əldə etməsəniz belə, özünüzü təkmilləşdirməyə diqqət yetirmək həmişə yaxşıdır. Buna görə də, inkişaf prosesinizə töhfə verəcək özünüz üçün kifayət qədər boş vaxt ayırmalısınız.

Zəkaya təsir edən amillər

Warren Buffett Formulu: Necə Daha Ağıllı Olmaq Olar?

Bizi daha ağıllı insanlar edən nədir?

Genlər yoxsa ətraf mühit?

İntellekt səviyyənizi artıracaq və ən az oxumaq qədər təsirli olan başqa bir üsul, özünüzü ideyalarınıza meydan oxumaqdan çəkinməyən insanlarla əhatə etməkdir.

Yəni Charlie Mungerin dediyi kimi, “Oxumaq üçün tükənməz həvəsiniz sayəsində ömür boyu öyrənməyi vərdiş halına gətirmiş biri olun; Maraqınıza diqqət yetirin və hər gün əvvəlki gündən bir az daha bilikli və daha ağıllı olmağa diqqət edin. Sizinlə eyni nöqteyi-nəzərdən olan insanlarla özünüzü əhatə etmək də faydalı olacaq”.

Uyğun Başlıqlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button